Yuxarı

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Levon Sarkisyan həbs edilib

Ermənistanın keçmiş deputatı, soyğunçuluq cinayət işi üzrə barəsində axtarış elan edilən Levon Sarkisyan Rusiyada saxlanılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Levon Sarkisyan noyabrın 21-də Moskvanın Zelenoqrad rayonunda saxlanılıb. Keçmiş deputatın Ermənistana ekstradisiyası müzakirə olunur.

Polisin məlumatına görə, Sarkisyan barəsində soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilib.

O, 2008-ci ilin oktyabrında Ermənistanın Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetisyanın malikanəsinə qarət məqsədilə basqının sifarişçisi olub. Levon Sarkisyan 1999-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi