Levan İzoriya: "Gürcüstan ABŞ-dan silah almaqda davam edəcək"

Levan İzoriya: "Gürcüstan ABŞ-dan silah almaqda davam edəcək" Bakı. 1 noyabr. REPORT.AZ/ Gürcüstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edəcək.
Region
1 Noyabr , 2018 16:08
Levan İzoriya: Gürcüstan ABŞ-dan silah almaqda davam edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ "Gürcüstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edəcək".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Batumi şəhərində keçirilən Müdafiə və Təhlükəsizliyə dair Beynəlxalq Konfransda Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

“Gürcüstana “Javelin” tankvuran silahlarının verilməsi çox əlamətdar hadisədir. Cənab Mattis (ABŞ müdafiə naziri – red.) şəxsi söhbətimiz zamanı bildirdi ki, belə qərarlar yalnız xüsusi etimad göstərilən ölkələrə dair verilir. Biz bunu əsas tutaraq ABŞ-dan başqa növ silahları almağa davam edəcəyik”, - o deyib.

Son xəbərlər

Orphus sistemi