Yuxarı

Leninqradda mərmi məhv edilərkən 3 mütəxəssis ölüb

Rəsmi mənbələr faktı hələlik təsdiqləməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Leninqrad vilayətində poliqonlardan birində mərmilərin utilizasiyası zamanı üç mülki mütəxəssis ölüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, həmin mütəxəssislər istismar müddəti bitmiş mərmiləri məhv edirmiş. 

Hadisə texniki təhlükəsizliyə əməl edilməməsi nəticəsində baş verib. Hərbçilər arasında xəsarət alan olmayıb.

Rəsmi mənbələr faktı hələlik təsdiqləməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi