Lavrov: "Xəzəryanı ölkələr Transxəzər boru kəməri ilə bağlı məsələni özləri həll etməlidirlər"

Lavrov: "Xəzəryanı ölkələr Transxəzər boru kəməri ilə bağlı məsələni özləri həll etməlidirlər" RF XİN rəhbəri Xəzər dənizində milli zonaların eni haqqında məsələnin razılaşdırılmasını mühüm qərar adlandırıb
Region
20 Oktyabr , 2014 16:13
Lavrov: Xəzəryanı ölkələr Transxəzər boru kəməri ilə bağlı məsələni özləri həll etməlidirlər

Bakı. 20 oktyabr. REPORT/ "Astraxan sammiti zamanı beş Xəzəryanı dövlət suveren və balıqçılıq zonası da daxil olmaqla milli zonaların eni haqqında mühüm məsələni razılaşdırmağa müvəffəq olub". "Report" xəbər verir ki, bu barədə RF XİN rəhbəri Sergey Lavrov "Mülki universitet" layihəsi çərçivəsində çıxışı zaman bildirib.  

Lavrov bu qərarı mühüm addım adlandırıb. RF XİN başçısı hesab edir ki, bu, Xəzərin hüquqi statusu haqqında Konvensiyada əks olunmalıdır. S.Lavrov qeyd edib ki, bu qərar Konvensiya ilə bağlı işi sürətləndirməyə imkan yaradacaq: "Hələ bir-iki məsələ, o cümlədən Transxəzər boru kəmərinin tikintisi haqqında məsələ həll olunmayıb".

Transxəzər boru kəmərinin tikintisi haqqında sualı şərh edərkən, S.Lavrov vurğulayıb ki, Xəzəryanı dövlətlərə xaricdən müdaxilə etmək cəhdi müşahidə olunur: "Boru kəmərləri üzrə ideyaları əsasən avropalı məmurlar verir ki, onlar bu layihədə öz mənafelərini  güdürlər".

Xarici işlər nazirinin sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə ona əsaslanır ki, beş Xəzəryanı dövlət ekoloji təhlükəsizliyi təmin etmək üçün bu boru kəmərlərini hansı qaydada çəkəcəklərinə özləri qərar verməlidir: "Bu zərif ekosistemdir və onu qorumaq lazımdır. Buna görə hər beş dövlətin də razılığı tələb olunur".

Son xəbərlər

Orphus sistemi