Yuxarı
    Bağlamaq

    Lavrov: Rusiya ABŞ-la strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır

    Bu prosesə digər dövlətləri də cəlb etmək vacibdir

    Bakı. 23 mart. REPORT.AZ/ Rusiya ABŞ ilə strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır.

    "Report"un RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

    "Biz hazırıq. Lakin danışıqları strateji sabitliyə təsir edən bütün faktorları nəzərə alaraq aparmaq lazımdır", - Baş Qərargah Akademiyasında çıxışı zamanı rusiyalı nazir deyib. 

    Eyni zamanda Lavrov prosesə digər dövlətləri də cəlb etməyin vacib olduğunu vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi