Yuxarı
    Bağlamaq

    ​Lavrov ötən ilin üç başlıca hadisəsindən danışıb

    O, Qərbin dominant mövqeyini təhlükəli sayır

    Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mətbuatına müsahibəsində beynəlxalq aləmdə baş verən üç vacib hadisə ilə bağlı düşüncələrini açıqlayıb.

    "Report" "News.ru"ya istinadən xəbər verir ki, o, Ukraynadakı böhranı, Rusiya ilə Qərb arasındakı münasibəti dünya üçün təhlükə sayıb.

    Rusiyalı nazir "İŞİD" və Ebola xəstəliyinin dünya üçün ən təhlükəli olması haqda ABŞ prezidenti Barak Obmanın dedikləri ilə razılaşdığını bildirib.

    Lavrov ABŞ liderinin BMT Baş Assambleyasının tribunasından Rusiyanın Avropaya "təcavüzü" ilə bağlı səsləndirdiyi fikrə qarşı deyib ki, üçüncü hadisə Vaşinqtonun başqalarını öz iradəsinə tabe etdirməsidir: "Qərbin indiki halda ABŞ-n tarixi dominant mövqeyini saxlamaq cəhd dünya düzəni üçün çox ciddi təhlükədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi