Sergey Lavrov: "MDB XİN Şurasında sərhədlərin mühafizəsi üçün qüvvələrin yaradılması layihəsi müzakirə olunub"

Sergey Lavrov: "MDB XİN Şurasında sərhədlərin mühafizəsi üçün qüvvələrin yaradılması layihəsi müzakirə olunub" Layihə MDB-yə üzv ölkələrin liderlərinə təqdim olunacaq
Region
3 Aprel , 2015 15:44
Sergey Lavrov: MDB XİN Şurasında sərhədlərin mühafizəsi üçün qüvvələrin yaradılması layihəsi müzakirə olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Sərhədlərin təhlükəsizliyinin qorunması üçün birgə qruplaşmanın yaradılması layihəsi bu gün Bişkekdə keçirilən MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasında müzakirə olunub. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasın yekunları ilə bağlı açıqlamasında bildirib. 

Bir müddət sonra layihə MDB-yə üzv ölkələrin liderlərinə təqdim olunacaq.

"Biz çox səmərəli iclas keçirdik. Xarici siyasət sahəsindəki qarşılıqlı əlaqələrə dair məsələləri, o cümlədən BMT və ATƏT-də keçiriləcək II Dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərlə bağlı məsələləri müzakirə etdik", - nazir qeyd edib. 

Onun sözlərinə görə, iclasda 2020-ci ilə qədər humanitar sahədə əməkdaşlıq məsələlərinə baxılıb, qurumun xarici sərhədlərində vəziyyətə nəzarət etmək üçün sərhəd xidmətləri və digər idarələrin iştirakı ilə MDB ölkələrinin birgə qruplaşmasının yaradılması da daxil olmaqla, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı əsas istiqamətlər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi