Yuxarı

​Lavrov: İrana qarşı sanksiyaların ləğvi Rusiyanın maraqlarına cavab verir

Bu ikitərəfli ticari-iqtisadi əlaqələrin xeyrinə olacaq

Bakı. 22 aprel. REPORT.AZ/ "İrana qarşı tətbiq edilən qadağaların tezliklə aradan qaldırılması tam şəkildə Rusiyanın maraqlarına cavab verir və ikitərəfli ticari-iqtisadi əlaqələrin xeyrinə olacaq".

"Report" xəbər verir ki, bunu "Arqumentı i faktı" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, İran Rusiyanın çoxdankı tərəfdaşıdır və bu münasibətlərin kökündə dostluq və xoş qonşuluq ənənləri durur.

"Biz əminik ki, İran ətrafında gərginliyin səngiməsi ikitərəfli ticari-iqtisadi əlaqələrin xeyrinə işləyəcək və müvafiq olaraq Rusiyaya hiss olunacaq dərəcədə fayda gətirəcək", - deyə XİN rəhbəri əlavə edib.

Lavrovun bildirdiyinə görə, Moskva hesab edir ki, "Tehranın regional işlərdə tam şəkildə iştirak etməsi Fars körfəzi zonası və bura aid ərazilərdə təhlükəsizliyin təmin edilməsi vəzifələrinə xidmət edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi