Yuxarı

Latviyanın yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

O, andiçmədə həyata keçirilən ənənəvi musiqili bal gecəsindən imtina edib

Bakı. 8 iyul. REPORT.AZ/ "Bütün fəaliyyətimi Latviya xalqının rifahına həsr edəcəyimə and içirəm".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Latviyanın yeni seçilən prezidenti Raymonds Veyonis bu gün keçirilən andiçmə mərasimində bildirib.

Keçmiş müdafiə naziri R.Veyonis bu il iyunun 3-də ölkə parlamentində (Seymdə) prezident seçilib.

Andiçmədən sonra parlamentdə yeni prezidentə dövlət mükafatı verilib.

O, andiçmədə həyata keçirilən ənənəvi musiqili bal gecəsindən imtina edib.

Keçmiş prezident Andris Berzinşin səlahiyyət müddəti bu il iyulun 7-də başa çatıb.

Qeyd edək ki, Raymonds Veyonis 1966-cı ildə Rusiyanın Pskov vilayətində anadan olub. Onun anası rusdur. 


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi