Latviyanın baş naziri: "Şərq Tərəfdaşlığı Aİ üçün prioritetlərdən biri olaraq qalır"

Latviyanın baş naziri: "Şərq Tərəfdaşlığı Aİ üçün prioritetlərdən biri olaraq qalır" "Biz birgə siyasətimizin strateji əhəmiyyətini bir daha təsdiq edəcəyik"
Region
28 Aprel , 2015 14:41
Latviyanın baş naziri: Şərq Tərəfdaşlığı Aİ üçün prioritetlərdən biri olaraq qalır

Bakı. 28 aprel. REPORT.AZ/ Şərq Tərəfdaşlığı Aİ üçün prioritetlərdən biri olaraq qalır, mayın 21-22-də Riqadakı sammit bunun üçün siqnaldır. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Latviyanın baş naziri Laymdota Strayuma Kiyevdə keçirilən Ukraynaya dəstək Beynəlxalq Konfransında bildirib. 

"Mayın sonlarında Riqada keçiriləcək sammitdə biz birgə siyasətimizin strateji əhəmiyyətini bir daha təsdiq edəcəyik. Riqadakı sammit Aİ ilə işimizdə prioritetlərdən biri olaraq qalan Şərq Tərəfdaşlığı ölkələri üçün siqnal olacaq", - Latviyanın baş naziri qeyd edib. 

L.Strayuma xatırladıb ki, Aİ-də sədrlik zamanı onun ölkəsi Şərq tərəfdaşlığını fəaliyyətinin prioritetlərindən biri kimi daxil edib. 

Son xəbərlər

Orphus sistemi