Salome Zurabişvili: “Kvemo Kartli bölgəsində gürcü dilinin tədrisi gücləndirilməlidir”

Salome Zurabişvili: “Kvemo Kartli bölgəsində gürcü dilinin tədrisi gücləndirilməlidir” “Gürcüstanın multietnik bölgəsi olan Kvemo Kartlidə gürcü dilinin tədrisinin gücləndirilməsi və təşviq olunması olduqca vacibdir”.
Region
19 Mart , 2019 16:24
Salome Zurabişvili: “Kvemo Kartli bölgəsində gürcü dilinin tədrisi gücləndirilməlidir”

“Gürcüstanın multietnik bölgəsi olan Kvemo Kartlidə gürcü dilinin tədrisinin gücləndirilməsi və təşviq olunması olduqca vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgədə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

Onun sözlərinə görə, gürcü dilinin tədrisinin gücləndirilməsi milli azlıqların sosial-siyasi həyata sürətlə inteqrasiyasına imkan verəcək.

Dövlət başçısı bölgədə özünəməxsus potensialın olduğunu qeyd edib: “Turizm, iqtisadiyyat, mədəniyyət sahələrində mövcud potensialdan yararlanmaq lazımdır”.

S.Zurabişvili deyib ki, Kvemo Kartlidə gürcü, azərbaycanlı və ermənilərin birgə yaşaması Gürcüstanda sülhün, qarşılıqlı anlaşmanın, hörmət və tolerantlığın olmasını göstərir: “Tolerantlıq bütün Qafqaz üçün ümumi dəyərdir. Bu gün dözümlülüyü dəyər kimi qoruyub saxlamaq çox vacibdir. Çünki bu, bugünkü dünyada əsas çağırışlardan biridir”.

Gürcüstan Prezidenti Kvemo Kartliyə səfəri çərçivəsində Marneuli Rayon İcra Hakimiyyətində bölgə və rayonun rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə bölgənin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Dövlət başçısının həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin regional mərkəzində və Tamarisi kənd məktəbində də görüşləri təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi