KTMT sülhməramlı polis birləşməsi yaratmaq niyyətindədir

KTMT sülhməramlı polis birləşməsi yaratmaq niyyətindədir Bakı. 8 fevral. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı polis birləşməsi yaradacaq və hərbi potensialdan istifadəni istisna etmir.
Region
8 Fevral , 2018 14:59
KTMT sülhməramlı polis birləşməsi yaratmaq niyyətindədir

Bakı. 8 fevral. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı polis birləşməsi yaradacaq və hərbi potensialdan istifadəni istisna etmir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibinin müavini Valeri Semerikov Moskvada brifinqdə bildirib.

"2017-ci ildə BMT-nin tələbi əsasında daim hazır vəziyyətdə qalmalı olan sülhməramlı polis hazırlığına başladıq. Hesab edirəm ki, 2018-ci ildə müvafiq qərarlar qəbul ediləcək, bütün hazırlıq işləri yekunlaşacaq. Müvafiq normativ sənədi qəbul etmək qalır", - V.Semerikov deyib.

Onun sözlərinə görə, son zamanlarda BMT missiyası əsas diqqəti polis qruplarının iştirakına yönəldir. O, belə birləşmələrin BMT missiyalarında, o cümlədən hərbi kontingent daxilində iştirakını da istisna etməyib.

Son xəbərlər

Orphus sistemi