KTMT-nin baş katibi erməni təyin olunub

KTMT-nin baş katibi erməni təyin olunub Ondan əvvəl bu postu Nikolay Bordyuja tutub
Region
14 Aprel , 2017 14:54
KTMT-nin baş katibi erməni təyin olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov təyin edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

Onun sözlərinə görə, Yuri Xaçaturov səlahiyyətlərinin icrasına 2017-ci il mayın 2-də başlayacaq. Ondan əvvəl bu postu Nikolay Bordyuja tutub.

Qeyd edək ki, Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisidir.

Son xəbərlər

Orphus sistemi