KTMT-də yeni baş katib seçə bilməyiblər

KTMT-də yeni baş katib seçə bilməyiblər Bu məsələnin 2017-ci ilin aprel ayına qədər təxirə salınması barədə qərar qəbul edilib
Region
27 Dekabr , 2016 09:56
KTMT-də yeni baş katib seçə bilməyiblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının sessiyasının iclasında Belarus nümayəndə heyətinin olmaması səbəbilə yeni baş katib təyinatı məsələsinin təxirə salınmasına qərar verilib.

"Report" "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə KTMT baş katibi Nikolay Bordyuja məlumat verib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələnin 2017-ci ilin aprel ayına qədər təxirə salınması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi