Krımda partlayış və atışma nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-6

Krımda partlayış və atışma nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-6 Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Region
18 Oktyabr , 2018 05:32
Krımda partlayış və atışma nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB-6
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a şəhər administrasiyası rəhbərinin müavini Dilavər Melqazıyev bildirib.

O, qeyd edib ki, morqa sonuncu dəfə gətirilən meyitlərin sayı 3 yox, 4 olub: "Daha bir cəsəd tapılıb". Bundan əlavə, 50 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10-u reanimasiyada ağır vəziyyətdədir.

Daha əvvəl partlayış nəticəsində 19 nəfərin həlak olduğu bildirilirdi. Qeyd edək ki, çərşənbə günü təhsil müəssisəsinin tələbələrindən biri həmkarlarına atəş açıb və partlayış törədib. Hadisə ilə əlaqədar terrorçuluq maddəsi üzrə cinayət işi açılsa da, sonradan iş qətl maddəsinə tövsif edilib. 

Krımda cümə axşamı 3 günlük matəm elan edilib.


***20:55

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.


*** 18:51

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə xidmətindən bildiriblər. 

“Bundan başqa, onlarla adam xəstəxanalara çatdırılıb”, - xidmətdən qeyd olunub.


*** 17:05

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu hücumun təşkilatçısı olan tələbələrdən biri intihar edib.

Onun bu əməlinin səbəbləri araşdırılır.


***16:20

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda əksəriyyəti yeniyetmələr olan 13 ölü və 50-dək yaralı olduğu məlumdur.

Hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.


***14:50

Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.


***14:09

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi