Krım Tatar Xalq Məclisi üzvlərinin vəkili tutulub

Krım Tatar Xalq Məclisi üzvlərinin vəkili tutulub Həmkarı Edem Semedlyaev Kurbedinovun saxlanılması səbəbini bilmədiyini söyləyib
Region
26 Yanvar , 2017 14:31
Krım Tatar Xalq Məclisi üzvlərinin vəkili tutulub

Bakı. 26 yanvar. REPORT.AZ/ Krım-Tatar Xalq Məclisi üzvlərinin vəkili Emil Kurbedinov Krımda tutulub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu vəkil Edem Semedlyaev bildirib.

“Emili saxlayıblar. Bizim ofisdə axtarış aparılır”, - deyə o, telefonla jurnalistlərə bildirib.

Edem Semedlyaev E.Kurbedinovun saxlanılması səbəbini bilməsə də, axtarışı ekstermizmə qarşı mərkəzin əməkdaşlarının apardığını vurğulayıb.

Qeyd edək ki, Rusiya Krımı ilhaq etdikdən sonra Krım-Tatar Xalq Məclisini “ekstermist təşkilat” elan edərək, fəaliyyətinə qadağa qoyub. 

Son xəbərlər

Orphus sistemi