Krım-Tatar Məclisi sədrinin müavininə 8 il iş kəsilib

Krım-Tatar Məclisi sədrinin müavininə 8 il iş kəsilib Ukraynanın XİN-i Axtem Çiygöz barəsində çıxarılan məhkəmə qərarının “saxta” olduğunu bildirib
Region
11 Sentyabr , 2017 15:18
Krım-Tatar Məclisi sədrinin müavininə 8 il iş kəsilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyanın ilhaq etdiyi Krımdakı məhkəmə Krım-Tatar Məclisi sədrinin müavini Axtem Çiygözü 8 il azadlıqdan məhrum edib.

“Report” 112.ua-ya istinadən xəbər verir ki, bunu Çiygözün vəkili Nikolay Polozov bildirib.

“Bu gün Rusiyanın Krımdakı məhkəmə Axtem Çiygözü Ukrayna vətəndaşı kimi tanıyaraq, ona 8 il ciddi rejimli həbs cəzası verib”, - deyə vəkil “Facebook” səhifəsində yazıb.

Ukraynanın Xarici İşlər Nazirliyi Axtem Çiygöz barəsində çıxarılan məhkəmə qərarının “saxta” olduğunu bildirib.

Çiygöz 2015-ci il yanvarın 29-da tutulub. Ona qarşı “2014-cü il fevralın 26-da Krım parlamentinin binasına kütləvi iğtişaşı təşkil və iştirak etmək” ittihamı irəli sürülüb. Onunla birlikdə Mustafa Degermenci, Əli Asanov, Arsen Yunusov, Eskender Kantemirov və Eskender Əmirveliyevə qarşı da eyni iddia irəli sürülüb. Onlar bu ittihamları rədd ediblər. 

Son xəbərlər

Orphus sistemi