Kreml: Putin xəstələnib

Kreml: Putin xəstələnib Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib.
Region
12 Fevral , 2018 22:21
Kreml: Putin xəstələnib

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.

"Soyuqlayıb, amma işini davam etdirir", - deyə Peskov qeyd edib.

Bu gün Rusiya prezidenti Soçidə "Rusiya liderləri" müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.

"Mən üzr istəyirəm, səsim batıb", - deyə dövlət başçısı üzrxahlıq edib.

Son xəbərlər

Orphus sistemi