Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Reks Tillerson arasında aprelin 12-də baş tutan danışıqlarda V.Putinin amerikalı həmkarı Donald Tramp ilə görüşünün təşkili məsələsi müzakirə olunmayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.