Kreml Ərdoğan və Putinin qarşıdakı görüşünü şərh edib

Kreml Ərdoğan və Putinin qarşıdakı görüşünü şərh edib Peskov: "Müzakirə üçün mövzu qıtlığı olmayacaq"
Region
26 İyul , 2016 13:38
Kreml Ərdoğan və Putinin qarşıdakı görüşünü şərh edib

Bakı. 26 iyul. REPORT.AZ/ "Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında avqustun 9-da Sankt-Peterburqda keçiriləcək görüşdə müzakirə üçün mövzu qıtlığı olmayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik görüşün gündəliyi müzakirə olunmadığından müxtəlif ehtimallar irəli sürülür. Amma müzakirə ediləsi xeyli məsələ var. İki ölkə başçısı uzun müddətdən, yaşanmış səhifəni bağladıqdan sonra ilk dəfə görüşəcəyindən əminliklə deyə bilərik ki, mövzu qıtlığı yaşanmayacaq", - deyə D.Peskov bildirib.

Son xəbərlər

Orphus sistemi