Yuxarı

Rusiyada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Krasnoyarda binada partlayış olub, 12 nəfər xilas edilib, 2 nəfər ölüb

Bakı. 15 fevral. REPORT.AZ/ Ötən gecə Rusiyanın Krasnoyarsk şəhərinin Pakrovka mikrorayonunda üçmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı iki nəfərə çatıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Xidmətindən bildirilib.

Qaz sızmasının səbəb olduğu hadisə nəticəsində 6 mənzil tamamilə dağılıb, 10 mənzilə isə qismən ziyan dəyib. İkisi uşaq olmaqla 12 nəfər dağıntılar altından sağ çıxarılıb.

Bir qadının meyitinin dağıntılar altından çıxarıldığı haqqında məlumat yayılıb.  

Rusiya İstintaq Komitəsi hadisəyə görə Cinayət Məcəlləsinin ehtiyatsızlıq səbəbindən ölüm maddəsi üzrə cinayət işi başlayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi beton bina 2013-cü ildə tikilib. Qeyri-rəsmi məlumata əsasən, orada 20 nəfər yaşayırmış. Regional hökumət isə binanın qanunsuz tikildiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi