​Kransoyarskda evdə yanğın olub, 3 azyaşlı həyatını itirib

​Kransoyarskda evdə yanğın olub, 3 azyaşlı həyatını itirib Hadisə baş verən zaman valideynlər evdə olmayıb
Region
8 Mart , 2016 16:10
​Kransoyarskda evdə yanğın olub, 3 azyaşlı həyatını itirib

Bakı. 8 mart. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk diyarının Uyar şəhərindəki mənzillərdən birində baş verən yanğın nəticəsində 3 azyaşlı həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda diyarın Daxili İşlər Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölən azyaşlılar 2011, 2013 və 2014-cü illlərdə anadan olublar.

Yanğının səbəbi məlum deyil. Hadisə baş verən zaman valideynlər evdə olmayıblar. Xəbərə əsasən, ailə qeydiyyatdan da keçməyib.

Son xəbərlər

Orphus sistemi