Kral: “Camal Qaşıqçının öldürülməsində əli olanlar cəzalandırılacaq”

Kral: “Camal Qaşıqçının öldürülməsində əli olanlar cəzalandırılacaq” Bakı. 23 oktyabr. REPORT.AZ/ “Kimliyindən asılı olmayaraq Camal Qaşıqçının öldürülməsində əli olanlar cəzalandırılacaq”.
Region
23 Oktyabr , 2018 17:01
Kral: “Camal Qaşıqçının öldürülməsində əli olanlar cəzalandırılacaq”
Camal Qaşıqçı / AP
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Kimliyindən asılı olmayaraq Camal Qaşıqçının öldürülməsində əli olanlar cəzalandırılacaq”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Kralı Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi