Ermənistan ordusunun 5 hərbçisində koronavirus aşkarlandı

Ermənistan ordusunun 5 hərbçisində koronavirus aşkarlandı Ermənistan ordusunda koronavirusa yoluxan hərbçilərin sayı 5-dək artıb.
Region
27 Mart , 2020 14:35
Ermənistan ordusunun 5 hərbçisində koronavirus aşkarlandı
0 : 00
0 : 00

Ermənistan ordusunda koronavirusa yoluxan hərbçilərin sayı 5-dək artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Üç hərbi qulluqçuda koronavirusun aşkarlanmasından sonra hərbi hissədə 37 nəfər koronavirus testindən keçirilib. Yoxlama nəticəsində daha iki hərbi qulluqçuda koronavirus aşkarlanıb, 35 nəfərin analizlərinin nəticələri mənfi olub.

Son xəbərlər

Orphus sistemi