Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb Türkiyənin Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu döş qəfəsindən bıçaqlanaraq öldürülüb.
Region
24 May , 2019 11:20
Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

Türkiyənin Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu döş qəfəsindən bıçaqlanaraq öldürülüb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçek bildirib.

İ.Öztokluya Konya şəhərində bıçaqla hücum olub. Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Hadisədə keçmiş bələdiyyə sədri, martın 31-də İYİ Partiyanın namizədi olmuş Abdullah Koçun da adı hallanır. O, seçkilərdə 40,4 faiz səs toplayaraq uduzub. 

Qeyd edək ki, İ.Öztoklu evli və iki övlad atasıdır. O, bu il martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaraq qalib gəlib. İ.Öztoklub bu gün Doğanhisarda dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi