Türkiyənin ​Konya şəhərində beynəlxalq mədəniyyət, turizm və media qurultayı keçirilib - FOTO

Türkiyənin ​Konya şəhərində beynəlxalq mədəniyyət, turizm və media qurultayı keçirilib - FOTO Qurultayda Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi də gündəmə gətirilib
Region
15 İyul , 2016 04:43
Türkiyənin ​Konya şəhərində beynəlxalq mədəniyyət, turizm və media qurultayı keçirilib - FOTO

Bakı. 15 iyul. REPORT.AZ/ İstanbuldan sonra bu dəfə bir zamanlar çoxsaylı mədəniyyətlərə ev sahibliyi etmiş Türkiyənin Konya şəhəri dünya mediyasını bir yerə toplayıb. "Report"un Türkiyə bürosu xəbər verir ki, beynəlxalq mədəniyyət, turizm və media qurultayında Türkiyədə baş nazirin müavini Numan Kurtulmuş, söz sahibi olan insanlar, millət vəkilləri, bələdiyyə rəhbərləri, valilər və akademiklər iştirak edib.

Çoxsaylı müzakirələrin aparıldığı toplantıda dünya gündəmi, Suriya vətəndaşlarına vətəndaşlıq verərək qapılarını onların üzünə açmış Türkiyə və dünya mediaasında Türkiyədə baş verənlərə obyektiv, subyektiv baxışı müzakirə mövzusu olub. Qurultayda Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi də gündəmə gətirilib. Belə ki, xalq artisti, xanəndə Alim Qasımov və qızı Fərqanə Qasımovanın daha öncələr Konyada verdikləri konsertdən bir parça izlənilib.

Tarixi mirasların qorunub saxlanılması üçün beynalxaq miqyasda iş birliyi aparılıdığı deyən baş nazirin müavini Numan Kurtulmuş çıxışında bildirib ki, Orta Şərqdə fərqli etnik və məzhəblər arasında baş verən münaqişələr ölkələrin və dövlətləri parçalanmasına yönəlmiş bəzi qurupların mənfur siyasətinin bir parçasıdır.

Suriyada 5 ildir davam edən vətəndaş müharibəsinə diqqət çəkən Kurtulmuş bildirib ki, həmin ölkə bu gün teror təşkilatlarının meydan suladığı məkan halına gəlib və o təşkilatların arxasında müəyyən ölkələr var: “Bu ölkələr orta Şərqdə hegemon olmaq niyyətindədir. Olan isə Suriyaya oldu. 450 min suriyalı oldürüldü. Dünyanın mədəni mirasları olan Hələb şəhəri, Şamı, Hunusu və daha neçə şəhəri yerlə-yeksan edilib”.

Çıxışından sonra Azərbaycan mediyasının suallarını cavablandıran nazir müavini bildirib ki, ermənilərin Dağlıq Qarabağda olan tarixi abidələrə öz adlarına çıxaraq UNESCO-ya etdikləri müraciətə cavab olaraq Türkiyə öz mövqeyini ortaya qoyacaq: “Azərbaycan bizim qardaşımızıdır. Nə olursa-olsun, bütün məsələlərdə onun yanındayıq”.

Son xəbərlər

Orphus sistemi