Konsullar Sankt-Peterburqdakı terror aktı qurbanlarının xatirə memorialına gül dəstələri qoyublar

Konsullar Sankt-Peterburqdakı terror aktı qurbanlarının xatirə memorialına gül dəstələri qoyublar Memoriala terror hücumu zamanı ölənlərdən biri olan 20 yaşlı azərbaycanlı Dilbarə Əliyevanın şəklini gətiriblər
Region
4 Aprel , 2017 17:15
Konsullar Sankt-Peterburqdakı terror aktı qurbanlarının xatirə memorialına gül dəstələri qoyublar
Dp.ru

Bakı. 4 aprel. REPORT.AZ/ Sankt-Peterburqda "Texnologiya İnstitutu" metro stansiyası yaxınlığında terror aktı qurbanlarının xatirə memorialına bir sıra xarici ölkələrin konsulları gül dəstələri qoyublar.

Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.

"Bu ümumi dərddir və çoxları bundan əziyyət çəkir. Terrorla birlikdə mübarizə aparmalıyıq" - ABŞ-ın Sankt-Peterburqdakı baş konsulu Tomas Liri bildirib.

Peterburqluların özləri də davanlı olaraq memoriala gül gətirirlər.

Memoriala həmçinin terror hücumu zamanı ölənlərdən biri olan 20 yaşlı azərbaycanlı Dilbarə Əliyevanın şəklini gətiriblər. Digər şəhərlərin sakinləri isə ümumilikdə Sankt-Peterburqa, eləcə də ayrı-ayrılıqda terror qurbanlarının ailələrinə və yaxınlarına dəstək verdiklərini ifadə edirlər.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda terror aktı aprelin 3-də baş verib. Metro vaqonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi