Koçaryanın nümayəndəsi onun səhhətindən danışıb

Koçaryanın nümayəndəsi onun səhhətindən danışıb Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan həbsdə olan sabiq dövlət başçısının səhhətindən danışıb.
Region
31 İyul , 2018 02:28
Koçaryanın nümayəndəsi onun səhhətindən danışıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan həbsdə olan sabiq dövlət başçısının səhhətindən danışıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Koçaryan özünü yaxşı hiss edir. O, gündəlik idman məşqlərini davam etdirir. Əhval-ruhiyyəsi yaxşıdır", - deyə o bildirib.

Ermənistanın keçmiş prezidenti bir neçə gün əvvəl həbs olunub.

Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.

R.Koçaryan 1999-2008-ci illərdə Ermənistan prezidenti olub.

Son xəbərlər

Orphus sistemi