Kobud rəftar nəticəsində ölən hərbçinin atası AİHM-də Ermənistana qarşı qaldırdığı iddianı qazanıb

Kobud rəftar nəticəsində ölən hərbçinin atası AİHM-də Ermənistana qarşı qaldırdığı iddianı qazanıb AİHM Ermənistan hökumətinin Qraçya Muradyana 50 min avro məbələğində kompensasiya ödəməsi barədə qərar verib
Region
24 Noyabr , 2016 16:28
Kobud rəftar nəticəsində ölən hərbçinin atası AİHM-də Ermənistana qarşı qaldırdığı iddianı qazanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Kobud rəftar nəticəsində ölən erməni hərbçisinin atası Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Ermənistana qarşı qaldırdığı iddianı qazanıb.

"Report" AİHM-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məhkəmə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğu qənaətinə gəlib və Ermənistan hökumətinin Qraçya Muradyana 50 min avro məbələğində kompensasiya ödəməsi barədə qərar verib.

İddiaçı - Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərilən və dalağının partlaması nəticəsində ölən Suren Muradyanım atası Ermənistan hakimiyyətini oğlunun ölümünün istintaqının səmərəsiz aparılmasında və ona lazımi tibbi yardım göstərməməkdə ittiham edib. Məlumata görə, erməni əsgər yüksək rütbəli hərbçilər tərəfindən kobud rəftara məruz qaldıqdan sonra ölüb.

Son xəbərlər

Orphus sistemi