Yuxarı

Kiyevdə toqquşmalar zamanı deputat döyülüb

Bu barədə Yeqor Sobolyev özü məlumat verib

Bakı. 20 fevral. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevin mərkəzində toqquşmalar zamanı xalq deputatı Yeqor Sobolyev döyülüb.

"Report" xəbər verir ki, bu barədə o özü "Facebook" səhifəsində yazıb.

"Prezident Poroşenko və daxili işlər naziri Avakovu təbrik edirəm. Bankovaya ərazisinə bir neçə min hüquq mühafizəçisi cəlb ediblər. Bu cənablar işğal altında olan ərazilərlə ticarətə qarşı çıxan insanların mitinqini dağıtmağa, bəzilərini tutmağa, bir qismini xəstəxanalıq etməyə, ən əsası isə bizim Bankovaya və İnstitutski tinlərində qurmaq istədiyimiz çadırları dağıtmağa müvəffəq oldular", - deyə o yazıb.

"Nə deyəsən? Kim bizimlədir, kim anlayır ki, bunu daha belə qoymaq olmaz, gəlsin. Kim indi gecə vaxtı gələ bilmirsə, sabah saat 19:00-da sütunun altında onu gözləyirik", - deyə Y. Sobolyev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi