Kiyevdə şirkət binası qumbaraatandan atəşə tutulub

Kiyevdə şirkət binası qumbaraatandan atəşə tutulub Cihazın mənşəyini müəyyən etmək mümkün olmayıb
Region
13 Aprel , 2018 06:32
Kiyevdə şirkət binası qumbaraatandan atəşə tutulub

Bakı. 13 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə "Kiyevqorstroy" tikinti şirkətinin binası tankəleyhinə əl qumbaraatanından atəşə tutulub.

“Report” "Qromadske" telekanalına istinadən xəbər verir ki, naməlum şəxslər şirkətin satış şöbəsini hədəfə alıblar.

Bildirilir ki, binanın qarşı tərəfindən qumbaraatanın tubusu tapılıb. Onun üzərindəki seriya nömrəsi silindiyindən cihazın mənşəyini müəyyən etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi