Kiyevdə sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb - VİDEO

Kiyevdə sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb - VİDEO Təyyarənin göyərtəsində 169 sərnişin olub
Region
15 İyun , 2018 04:14
Kiyevdə sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb - VİDEO

Bakı. 15 iyun. REPORT.AZ/ Kiyev beynəlxalq aeroportunda Ukraynanın "Bravo Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb.

“Report” xəbər verir ki, bu barədə məlumat aeroportun "Facebook" səhifəsinə yerləşdirilib.

Zolaq yaş olduğundan təyyarə eniş və tormozlama zamanı yoldan kənara çıxıb.

Antalyadan qayıdan təyyarədə 169 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsanlar təxliyyə olunub və gözləmə zalına yerləşdirilib.

Hadisə ilə əlaqədar hava limanı yerli vaxtla gecə saat 1-ə qədər bağlı olub.

Son xəbərlər

Orphus sistemi