Kiyevdə saxlanılan "Birinci kanal"ın jurnalisti məcburi şəkildə Rusiyaya qaytarılacaq - YENİLƏNİB

Kiyevdə saxlanılan "Birinci kanal"ın jurnalisti məcburi şəkildə Rusiyaya qaytarılacaq - YENİLƏNİB Anna Kurbatova Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb
Region
30 Avqust , 2017 17:29
Kiyevdə saxlanılan Birinci kanalın jurnalisti məcburi şəkildə Rusiyaya qaytarılacaq - YENİLƏNİB

Bakı. 30 avqust. REPORT.AZ/ "Birinci kanal"ın jurnalisti Anna Kurbatova məcburi şəkildə Rusiyaya qaytarılacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya "Facebook" səhifəsində bildirib.

"Rusiya təbliğatçısı Anna Kurbatova məcburi qaydada Rusiyaya qaytarılacaq. Ukrayna qanuni dövlətdir, onun hüquq-mühafizə orqanları yalnız mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir", - o yazıb.

O qeyd edib ki, hazırda rusiyalı jurnalistin ölkədən deportasiyası üçün lazım olan sənədlərin hazırlanması prosesi gedir.


***17:15

Rusiyanın "Birinci kanal"ının jurnalisti Anna Kurbatova Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları tərəfindən saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, kanaldan artıq bu məlumatı təsdiqləyiblər.

Kanalın mətbuat xidmətinin nümayəndəsi ilkin versiyaya əsasən, jurnalistin öz evinin yaxınlığında saxlanıldığını bildirib.

UTX isə jurnalistin oğurlanmasına dair məlumatları axmaqlıq adlandırıb. Xidmətin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya qurumun adam oğurluğu ilə məşğul olmadığını, yalnız Ukrayna qanunvericiliyi çərçivəsində hərəkət etdiyini bildirib.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda Kremlin A.Kurbatova haqqında heç bir məlumatının olmadığını, amma vəziyyəti aydınlaşdırmaq üçün hər cür səy göstərəcəklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi