Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin olduğu avtomobil partladılıb - YENİLƏNİB

Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin olduğu avtomobil partladılıb - YENİLƏNİB DİN: Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur
Region
27 İyun , 2017 12:03
Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin olduğu avtomobil partladılıb - YENİLƏNİB

Bakı. 27 iyun. REPORT.AZ/ Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.

Onun sözlərinə görə, hadisə ilə “terror hadisəsi” maddəsi ilə cinayət işi açılıb.
Direktor əlavə edib ki, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir.

Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi sakinlər olub.


*** saat 11:22

Bakı. 27 iyun. REPORT.AZ/ Kiyevin Solomensk rayonunda avtomobilin partlaması nəticəsində sürücü ölüb, iki nəfər yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu haqda Kiyev polis idarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən partlayıb. Avtomobilin salonunda sürücünün tək olduğu bildirilib. Partlayış nəticəsində avtomobilin hissələri uçaraq, müxtəlif istiqamətlərə düşüb.

Partlayışın səbəbini müəyyən etmək məqsədi ilə hadisə yerində mütəxəssislər fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi