​Kiyevdəki neft bazasında yanğın baş verib

​Kiyevdəki neft bazasında yanğın baş verib Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Region
9 İyun , 2015 11:34
​Kiyevdəki neft bazasında yanğın baş verib

Bakı.9 iyun. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə neft məhsulları bazasında baş verən yanğın nəticəsində bir nəfər ölüb. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Xəbərə görə, yanğın Bakı vaxtı ilə səhər saat 5 radələrində baş verib və alov 17 ehtiyat çənini əhatə edib.

Məlumatda bildirilib ki, ötən 7 saat ərzində yanğının söndürülməsi davam etdirilib. Alov həcmi 900 kub metr və bir qədər az tutumu olan 17 çəni əhatə edib. Yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə yerinə 62 yanğınsöndürən və 308 canlı nəfər cəlb edilib. Ukrayna Milli Qvardiyasının əsgərləri də yanğının söndürülməsində iştirak ediblər. 

Məlumatda bildirilib ki, neft məhsulu oğurluğu zamanı qurğularla ehtiyatsız davranışın yanğına səbəb olması ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi