Kiyevdə neft bazasında partlayış baş verib

Kiyevdə neft bazasında partlayış baş verib Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Region
20 Aprel , 2017 02:31
Kiyevdə neft bazasında partlayış baş verib

Bakı. 19 aprel. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətinin Vişnyovoe şəhərində yerləşən neft bazasında partlayış baş verib.

"Report" TSN telekanalına istinadən xəbər verir ki, partlayış səsi sisternli avtomobil dizel ilə doldurulduqdan sonra eşidilib.

Partlayış nəticəsində yanğın olmayıb. Bazanın bir əməkdaşı xəsarət alıb. O, hadisə baş verən zaman sisternin üzərində olub. Yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, polis "yüksək təhlükəli işin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi