Yuxarı

​Kiyevdə hərbi parad olmayacaq

Pyotr Panteleyev: Həyatını qələbənin qazanmasına həsr edənlərin xatirəsinə tədbirlər keçiriləcək

Bakı. 28 aprel. REPORT.AZ/ Mayın 9-da Ukraynanın paytaxtı Kiyev şəhərində qələbənin 70 illiyi ilə bağlı hərbi parad olmayacaq.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Kiyev şəhər dövlət administrasiyası sədrinin müavini Pyotr Panteleyev bildirib.

"Mən biləni parad olmayacaq. Həyatını qələbənin qazanmasına həsr edənlərin xatirəsinə tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dövlətin birinci şəxsi də iştirak edəcək",- o, jurnalistlərə deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi