Kiyevdə etiraz mitinqi olub, 10 nəfər xəsarət alıb - YENİLƏNİB

Kiyevdə etiraz mitinqi olub, 10 nəfər xəsarət alıb - YENİLƏNİB Bakı. 19 iyun. REPORT.AZ/ Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mitinqində aksiyaçılarla polis arasında toqquşma nəticəsində yaralananların sayı 10-a çatıb.
Region
19 İyun , 2018 16:54
Kiyevdə etiraz mitinqi olub, 10 nəfər xəsarət alıb - YENİLƏNİB
UNIAN

Bakı. 19 iyun. REPORT.AZ/ Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mitinqində aksiyaçılarla polis arasında toqquşma nəticəsində yaralananların sayı 10-a çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kiyev Polis İdarəsinin rəisi Andrey Krişenko bildirib.

Məlumatda qeyd edilib ki, Ukrayna parlamentinin binasının təhlükəsizliyini 500 asayiş keşikçisi təmin edirmiş.


*** 15:09

Bakı. 19 iyun. REPORT.AZ/ Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mitinqi aksiyaçılarla polis arasında toqquşma nəticəsində iki asayiş keşikçisi xəsarət alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildiriblər.

İnformasiyaya əsasən, mitinq iştirakçılarından biri saxlanılıb.

Məlumata görə, iyunun 19-da 2 minə yaxın veteranlar təşkilatı təmsilçiləri və şaxtaçılar Kiyevin Konstitusiya meydanında güzəştlərinin saxlanılmasını tələb ediblər. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma olub.

Son xəbərlər

Orphus sistemi