Kiyevdə deputat yol qəzasında ölüb

Kiyevdə deputat yol qəzasında ölüb Qəza Belotserkovski rayonunda qeydə alınıb
Region
24 İyun , 2017 23:38
Kiyevdə deputat yol qəzasında ölüb
Courtesy İmage

Bakı. 24 iyun. REPORT.AZ/ Kiyev yaxınlığında baş verən yol qəzasında üç nəfər, eləcə də Kiyev Vilayət Şurasının deputatı Boris Pançenko həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının başçısı Aleksandr Qorqan məlumat verib.

"Bir saat əvvəl yol qəzası nəticəsində Kiyev Vilayət Şurasının 1952-ci il təvəllüdlü deputatı Pançenko Boris Maksimoviç dünyasını dəyişib", — deyə o öz "Facebook" səhifəsində yazıb.

Aleksandr Qorqanın sözlərinə görə, qəza Belotserkovski rayonunda, Belaya Serkov — Volodarka yolunda qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi