Yuxarı
    Bağlamaq

    Kiyev rayon məhkəməsi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb

    O, ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir

    Bakı. 27 aprel. REPORT.AZ/ Kiyevin Solomenski Rayon Məhkəməsi Ukrayna Dövlət Fiskal Xidmətinin vəzifədən uzaqlaşdırılan rəisi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.

    "Report" UNİAN-a istinadən xəbər verir ki, məhkəmə qərarı 26 iyun 2017-ci ilə qədər etibarlı olacaq.

    Qeyd edək ki, R.Nəsirov ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir. Onun 2015-2016-cı illərdə xalq deputatı Aleksandr Onişenkonun maraqlarına xidmət göstərərək şəxsən vergi borcu ödənişi ilə bağlı bir sıra əsassız və qanunsuz qərarlar verdiyi bildirilir. İddia tərəfi ekspert qiymətləndirməsinə əsasən, bu addımların dövlət büdcəsinə təxminən 2 milyard qriven məbləğində zərər vurduğunu təsdiqləyib.

    Məhkəmənin son qərarı ilə R.Nəsirov ilk tələbdə ibtidai istintaqı həyata keçirən prokurora və müstəntiqə ifadə verməli, müstəntiqin icazəsi olmadan qeydiyyatda olduğu və yaşadığı ünvanı tərk etməməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi