Kiyev məhkəməsi Ukrayna prezidenti barəsində cinayət işinin açılmasına dair qərar qəbul edib

Kiyev məhkəməsi Ukrayna prezidenti barəsində cinayət işinin açılmasına dair qərar qəbul edib Pyotr Poroşenko ilə daxili işlər naziri Arsen Avakov arasında çadırların qurulması ilə bağlı mübahisə olub
Region
20 Oktyabr , 2017 15:37
Kiyev məhkəməsi Ukrayna prezidenti barəsində cinayət işinin açılmasına dair qərar qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kiyevin Peçer rayon Məhkəməsi Ukrayna Milli Polisinə ölkə prezidenti Pyotr Poroşneko barəsində cinayət işi başlamağı tapşırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna baş prokurorunun keçmiş müavini, vəkil Renat Kuzmin özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, məhkəmə P.Poroşnekonun Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından qanunsuz məhrum etməsi qənaətinə gəlib: “Məhkəmə Ukraynanın daxili işlər naziri Arsen Avakovu Saakaşvilinin vətəndaşlıqdan məhrum etdiyi üçün Pyotr Poroşenkoya qarşı cinayət işi başlamağa məcbur edir”.

Vəkilin sözlərinə görə, bir müddət əvvəl M.Saakaşvilinin vətəndaşlıqdan məhrum etdiyi üçün prezident P.Poroşonko və onun tabeliyində olanlara qarşı cinayət işinin başlanılması haqqında təqdimatına Ukraynanın Baş Prokurorluğu və polisi baxmaqdan imtina edib.

Qeyd edək ki, Kiyevdə parlamentin binası qarşısında M.Saakaşvilinin tərəfdarları və digər müxalifət qüvvələrinin birgə etiraz aksiyası keçirilir. Məlumata görə, “Maydan”da çadırlar qurulub.

İnformasiyaya əsasən, P.Poroşenko ilə daxili işlər naziri Arsen Avakov arasında çadırların qurulması ilə bağlı mübahisə olub.

Məlumata görə, oktyabrın 17-də P.Poroşenko polis rəhbərliyi ilə görüşdə deyib: “Saakaşvili və Semençenkonun adamlarının Qruşevsk küçəsində çadır qurması məni qıcıqlandırır”. 

O, daxili işlər naziri A.Avakovu bu məsələdə fəaliyyətsizlikdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi