Kiprin birləşməsi danışıqlarına təminatçı dövlətlərin XİN başçıları da qoşulub

Kiprin birləşməsi danışıqlarına təminatçı dövlətlərin XİN başçıları da qoşulub Bu, 43 ildən sonra ilk hadisədir
Region
12 Yanvar , 2017 16:54
Kiprin birləşməsi danışıqlarına təminatçı dövlətlərin XİN başçıları da qoşulub

Bakı. 12 yanvar. REPORT.AZ/ Kipr adasının türk və yunan hissələrinin birləşdirilməsi üzrə danışıqlara təminatçı-dövlətlərin xarici işlər nazirləri də qoşulublar.

“Report” “dw”ya istinadən xəbər verir ki, həmin görüşdə adanın iki hissəsinin birləşməsi üzrə kompromis hazırlana bilər.

Adanın türk və yunan prezidentlərinin danışığına təminatçı dövlətlərin - Türkiyə, Böyük Britaniya və Yunanıstanın xarici işlər nazirləri də qoşulublar. Bu, 43 ildən sonra ilk hadisədir.

Məlumata görə, adanın birləşməsi üzrə yanvarın 12-də yeni tarixi mərhələ başlayıb. Görüşdə Yunan Kiprinin prezidenti Nikos Anastasiadis və türk Kiprinin başçısı Mustafa Akıncı iştirak edir. 

Son xəbərlər

Orphus sistemi