KİV: Yerevanda həbs olunmuş cinayətkar dəstə Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib

KİV: Yerevanda həbs olunmuş cinayətkar dəstə Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib "Cinayətkar dəstə eyni vaxtda prezident iqamətgahını, dövləti, parlamenti, Konstitusiya Məhkəməsini və teleqülləni ələ keçirməyi planlaşdırmışdı"
Region
23 Dekabr , 2015 11:58
KİV: Yerevanda həbs olunmuş cinayətkar dəstə Ermənistan prezidentinin təyyarəsini partlatmaq istəyib

Bakı. 23 dekabr. REPORT.AZ/ Noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zərərsizləşdirdiyi cinayətkar dəstə dövlət qurumlarını ələ keçirmək və ölkə prezidentinin təyyarəsinə hücum etməyi planlaşdırıbmış. "Report" xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

"Cinayətkar dəstə beş altqrupa malik idi. Onlar eyni vaxtda prezident iqamətgahını, dövləti, parlamenti, Konstitusiya Məhkəməsini və teleqülləni ələ keçirməli idilər. Əsas əməliyyat isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsini partlatmaq olmalıydı (Serj Sarqsyan noyabrın 29-da Parisə səfər edib)", - məqalədə deyilir.

Xatırladaq ki, noyabrın 25-də MTX əməkdaşları polis nümayəndələriylə birlikdə silahlı dəstəni Yerevan ətrafındakı evlərin birində zərərsizləşdirmişdi.

Son xəbərlər

Orphus sistemi