​KİV: Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

​KİV: Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin iqlim dəyişikliyinə dair Parisdə keçiriləcək sammit çərçivəsində bir araya gələcəklər
Region
26 Noyabr , 2015 10:52
​KİV: Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin Fransa paytaxtı Parisdə görüşməsi planlaşdırılır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş iqlim dəyişikliyinə dair Paris sammiti çərçivəsində keçiriləcək.  

Məlumata görə, Türkiyə və Rusiya liderlərinin təkbətək görüş proqramı nəzərdə tutulmasa da, onların bir araya gələcəyi gözlənilir. 

Qeyd edək ki, iqlim dəyişikliyinə dair sammit noyabrın 30-da keçiriləcək. Zirvə toplantısında 147 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi