Yuxarı

​KİV: Türkiyə PKK terrorçularına havadan zərbə endirib

Hücum zamanı 15 türk əsgəri şəhid olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Kürd Fəhlə Partiyasının (PKK) silahlıları sentyabrın 6-da Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari əyalətində orduya məxsus iri zirehli avtomobili partladıblar.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bundan sonra bölgədə əməliyyat-axtarış tədbirləri və terrorçuların zərərsizləşdirilməsinə başlanılıb.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar PKK-nın mövqelərinə zərbələr endirərək təqribən on hədəfi məhv ediblər.

"CNN Turk" telekanalı qanun keşikçiləri ilə terrorçular arasında gedən atışma nəticəsində çoxlu sayda ölən və yaralananın olduğu haqda məlumat verib. "Reuters" agentliyinin xəbərinə görə, hücum zamanı 15 türk hərbçisi şəhid olub. İtkilər barədə rəsmi məlumat hələ ki, yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi