KİV: Türkiyə HDD-nin 14 hərbi gəmisi ilə dövlət çevrilişinə cəhddən sonra əlaqə yaratmaq mümkün olmayıb

KİV: Türkiyə HDD-nin 14 hərbi gəmisi ilə dövlət çevrilişinə cəhddən sonra əlaqə yaratmaq mümkün olmayıb Donanma komandiri Veysel Kezeli ilə də iyulun 16-dan əlaqə yaratmaq mümkün olmur
Region
19 İyul , 2016 12:42
KİV: Türkiyə HDD-nin 14 hərbi gəmisi ilə dövlət çevrilişinə cəhddən sonra əlaqə yaratmaq mümkün olmayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Dəniz Donanmasının 14 hərbi gəmisi ilə iyulun 15-dən 16-na keçən gecə baş verən dövlət çevrilişinə cəhddən sonra əlaqə yaratmaq mümkün olmayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Times" yazıb.

Nəşr qeyd edir ki, Türkiyə donanmasının komandiri Veysel Kezeli ilə də iyulun 16-dan əlaqə yaratmaq mümkün olmur. Onun qiyamçıların əlində girov olduğu və ya elə özünün bu işdə iştirakçı olduğu məlum deyil.

Son xəbərlər

Orphus sistemi