Bakı. 25 iyul. REPORT.AZ/ "Türkiyə Ermənistanla sərhədlərini aça bilər".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib.
Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub: "Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb".