Yuxarı
    Bağlamaq

    KİV: Türk hakerlər Ermənistan strukturlarının saytlarını dağıdıb

    Hakerlər saytların əsas səhifəsində Azərbaycan və Türkiyənin qardaş olduğu və hər zaman birlikdə olacağı ilə bağlı qeyd yerləşdirib

    Bakı. 8 dekabr. REPORT.AZ/ "Skorsky" türk hakerlər qrupu Ermənistan strukturlarının saytlarını dağıdıb.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücuma məruz qalan saytlar arasında BMT-nin Ermənistandakı ofisinin və Təhsil Nazirliyinin saytları da olub.

    Hakerlər saytların əsas səhifəsində Azərbaycan və Türkiyənin qardaş olduğu və hər zaman birlikdə olacağı ilə bağlı qeyd yerləşdirib.

    Eyni zamanda hakerlər sındırdıqları səhifələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Osmanlı İmperiyasının sultanı Fatih Sultan Mehmetin şəkillərini yerləşdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi