​KİV: Tbilisidəki tarixi kükürd hamamlarının bağlanma təhlükəsi var

​KİV: Tbilisidəki tarixi kükürd hamamlarının bağlanma təhlükəsi var Direktor: "Yeni rəhərlik tarif qiymətini 15 dəfə artırıb"
Region
18 Mart , 2016 13:10
​KİV: Tbilisidəki tarixi kükürd hamamlarının bağlanma təhlükəsi var

Bakı. 18 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidəki kükürd hamamları bağlanma təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu haqda "Sputnik-georgia" məlumat yayıb.

Məlumata görə, buna səbəb olaraq, oradakı kükürd tərkibli sudan istifadənin bahalanması göstərilir.

Hamamların sahibi bildirib ki, "Georgian Water and Power" ("GWP") şirkəti ilə şifahi şəkildə razılaşdırılmış qaydada sudan istifadə pulunu güzəştli ödəyirmişlər. Şirkətdə rəhbərlik dəyişib. Yeni rəhərlik tarif qiymətini 15 dəfə artırıb.

"Əvvəllər biz bir kubmetr suya 4,3 sent ödəyirdik. İndi "GWP" bu həcmdə su üçün bizdən 37 sent ödəməyimizi istəyir. Əvvəlki qiymətlə fərq belədir: biz ayda 304 dollar ödəyirdik, indi bizdən 4,3 min dollar tələb edirlər", - deyə "Narıkala" Açıq tipli Səmhdar Cəmiyyətinin direktoru Nodar Totoqaşvili "Rustavi2" telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Tbilisidəki hamamların XVII-XIX əsrlərdə tikildiyi iddia edilir. Onların quruluşu Bakıdakı və Azərbaycanın başqa bölgələrindəki hamamlara oxşayır.

Kükürd hamamları bu gün də öz tarixi görkəmini qoruyub saxlayır. Hamamlar Tbilisinin "Müsəlman məhəlləsi", yaxud "Meydan" kimi tanınan bölgəsində, "Heydər Əliyev parkı"nın yaxınlığında yerləşir.

Son xəbərlər

Orphus sistemi