Yuxarı

​KİV: Suriyanın bombalanması ilə əlaqədar Rusiyanın şirkəti üçnövbəli rejimə keçib

Əməliyyatda Su-25, Su-24M, Su-34 və Su-30SM döyüş təyyarələrindən istifadə edilir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın "Taktiki raket silahı" şirkəti Suriyadakı əməliyyatlarla əlaqədar üçnövbəli iş rejimində fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu haqda "Kommersant-Vlast" qəzeti məlumat yayıb.

Məlumata görə, şirkət idarə edilən raketlər, aviasiyalar, quru və su üçün taktiki kompleks və əməliyyat-taktiki raketlər, eləcə də raket-kosmik kompleksi və sistemlər hazırlayaraq istehsal edir.

Xəbərdə bildirilib ki, Rusiya döyüş təyyarləri Suriyanı bombalamağa başlayandan şirkətin istehsal etdiyi raketlərə tələbat artıb.

Qeyd edək ki, bombardmanda Rusiyanın "Su-25", "Su-24M", "Su-34" və "Su-30SM" döyüş təyyarələrindən istifadə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi